Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsi...

Dünya
14:23 / 27.03.2025
2115
Moskva Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsinin qəti əleyhinədir.
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Qərb sülhməramlılarının Ukraynada yerləşdirilməsi Rusiya ilə NATO arasında birbaşa toqquşmaya gətirib çıxara bilər.
"London və Paris Ukraynaya hərbi müdaxilə planlarını həyata keçirməyə davam edirlər. Bütün bunlar bir növ sülhməramlı missiya kimi maskalanır. Sülhməramlı əməliyyat çərçivəsində NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə birbaşa toqquşma ilə nəticələnə bilər. Moskva belə bir ssenarinin qəti əleyhinədir", - Rusiya XİN sözçüsü qeyd edib.