ABŞ Yəmənin paytaxtı Sənaya hava hücumları həyata keçirib


ABŞ Yəmənin paytaxtı Sənaya hava hücumları həyata keçirib

ABŞ Husi silahlı qüvvələrinə qarşı əməliyyatlarını davam etdirərək, Yəmənin paytaxtı Sənaya 15 hava hücumu təşkil edib.
 

Sfera.az “HaberTürk”ə istinadən xəbər verir ki, ABŞ döyüş təyyarələri Sənanın cənub və şimal bölgələrini hədəf alıb. Hücumların nəticələri barədə hələlik heç bir açıqlama verilməyib.
 

Husilərdən verilən başqa bir açıqlamada isə ABŞ-ın son 24 saat ərzində Ümran və Səda şəhərlərinə də 27 hava hücumu təşkil etdiyi bildirilib.
 

Qeyd edək ki, Husilər martın 7-də İsrailə Qəzzəyə humanitar yardımların girişinə icazə verməsi üçün 4 gün müddət tanıdıqlarını, əks halda İsrailə qarşı dəniz əməliyyatlarını yenidən başladacaqlarını elan etmişdilər.
 

ABŞ Prezidenti Donald Tramp martın 15-də Truth Social platformasında paylaşım edərək, orduya Yəməndəki Husilərə qarşı “böyük bir hücum” başlatmaq göstərişi verdiyini bildirmişdi.
 

Husilərin lideri Əbdülməlik əl-Husi isə ABŞ-nin hücumlarının davam edəcəyi təqdirdə, onların təyyarə və hərbi gəmələrinin Husilərin hədəfinə çevriləcəyini, eləcə də dəniz səfərlərinə qoyulan məhdudiyyətlərin Vaşinqtonu da əhatə edəcəyini bəyan etmişdi.
 

Husilər daha əvvəl ABŞ və Böyük Britaniyanın, o cümlədən paytaxt Sənanı da əhatə edən bir neçə şəhərə təşkil etdiyi hava hücumlarında 79 nəfərin öldüyünü, 107 nəfərin isə yaralandığını açıqlamışdı.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR