Zelenski: “Putin tezliklə öləcək”

Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya lideri Vladimir Putinin sağlamlıq durumu ilə bağlı açıqlama verib. O, uzun müddətdir səhhətində problemlər olduğu iddia edilən Putinin “tezliklə öləcəyini” irəli sürüb.
Sfera.az “Daily Mail”ə istinadən xəbər verir ki, Zelenski bu fikirləri dünən Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra Parisdə jurnalistlərə verdiyi müsahibədə səsləndirib.
Son illərdə Putinin sağlamlıq problemləri yaşadığına dair müxtəlif iddialar irəli sürülüb. 72 yaşlı Rusiya liderinin üzünün şişkin olması, ayağının titrəməsi və gözlərinin qızarması bu iddiaları gücləndirib.
Bundan əlavə, 2022-ci ildə o vaxtkı müdafiə naziri Sergey Şoyqu ilə keçirdiyi görüş zamanı Putinin oturduğu yerdə əyilməsi, masaya möhkəm yapışması və danışarkən sözləri udması diqqət çəkmişdi. Onun tez-tez öskürdüyü, əlləri və ayaqlarında qeyri-iradi titrəmə olduğu barədə də xəbərlər yayılıb.
Putinin xərçəng və ya parkinson xəstəliyindən əziyyət çəkdiyinə dair fərziyyələr irəli sürülüb.
Zelenski müsahibəsində həmçinin iddia edib ki, Rusiya lideri “Avropa İttifaqına daxildən zərbə vurmağa çalışır”.
Bəsti Rəfizadə