Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayırıb

Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayırıb

Fransa Ukraynaya əlavə 2 milyard avro hərbi yardım ayıracaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

 

Makronun sözlərinə görə, bu pullar Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına yönəldiləcək.

 

"Bunlar "Milan" tank əleyhinə raketləri, "Mirage", "Mistral" yerüstü müdafiə raketləri ilə təchiz edilmiş "Misa" hava hücumundan müdafiə raketləri üçündür. Bunlar həm də Ukraynaya zirehli maşınlar kimi cəbhəni saxlamağa imkan verəcək vasitələr üçündür. Bunlar silah-sursat, o cümlədən uzaqdan idarə olunan döyüş sursatları üçündür. Bu, həm də müdafiə müəssisələrimizlə tərəfdaşlıq sayəsində Ukraynada avadanlıq istehsalı üçündür", - Makron bildirib.

 

O, həmçinin Donald Trampın Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək niyyətlərini dəstəklədiyini bildirib.

 

Makron bildirib ki, Səudiyyə Ərəbistanında aparılan danışıqlar müharibənin daha geniş şəkildə sona çatması üçün ilk addım ola bilər.


OXŞAR XƏBƏRLƏR

Polis Sumqayıt sakinlərinin kabusuna çevrilən şəxsləri saxladı

Sosial şəbəkədə Sumqayıt şəhərində binaların girişlərində oğurluq edilməsi ilə bağlı görüntülər yayılıb.   Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlar...

Bu bitki yuxusuzluq problemini aradan qaldırır

İnsan sağlamlığına faydalı olan qidalardan biri də nanədir. Nanə həm müalicəvi xüsusiyyətləri, həm də xoş ətri ilə tanınan bitkidir.   Sfera.az nanən...

Biznesim batdı, dirçəldə bilmədim - Elməddin

2010-cu ildə qərar verdim ki, toya getməyəcəyəm, filan işləri görməyəcəyəm. Öz ruhuma, varlığıma xoş olmayan, amma maddi cəhəddən yaxşı olan işlərdən imtina etd...

Quterreş müsəlmanları bu sözlərlə təbrik etdi

BMT Baş katibi Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib və onlara ən xoş arzularını çatdırıb.   Sfera.az xəbər ...

Motokros yarışında 65 yaşlı motosikletçi öldü

Çexiyanın Litomışl şəhəri yaxınlığındakı Banatki kəndində keçirilən motokros yarışı zamanı bir motosikletçi həlak olub.   Sfera.az Trend-ə istin...

Özcan Dəniz ölümlə TƏHDİD EDİLDİ - Prokurorluq HƏRƏKƏTƏ KEÇDİ

Türkiyəli müğənni Özcan Dəniz və bacısı Mələk Kasap qardaşları Ercan Dəniz haqqında İstanbul Baş Prokurorluğuna şikayət ərizəsi təqdim ediblər. Şikayət ərizəsin...