Danimarkada qadınlar da hərbi xidmətə çağrılacaq - Daha çox əsgərə ehtiyac yaranıb

Dünya
18:54 / 26.03.2025
1468
Danimarka Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Maykl Hildqord ölkənin bütün hərbi gücünü səfərbər etmək ehtiyacı səbəbilə 2026-cı ildən etibarən qadınların da məcburi hərbi xidmətə cəlb ediləcəyini açıqlayıb.
Sfera.az “CNN Türk” nəşrinə istinadən xəbər verir ki, Danimarkanın Müdafiə Naziri Troels Lund Poulsen isə təhlükəsizlik siyasətindəki mövcud vəziyyəti nəzərə alaraq, silahlı qüvvələrin daha çox insanı orduya çağırmalı olduğunu bildirib.
Fidan Hacızadə