Ağ Evdə çəngəl-qaşıqla oynadı- Video

Ağ Evdə çəngəl-qaşıqla oynadı- Video

Amerikalı milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Ağ Evdə rəsmi şam yeməyi zamanı lentə alınan görüntüləri ilə diqqət çəkib.

 

Sfera.az xəbər verir ki, milyarderin görüntülərini tədbirdə iştirak edən qonaqlar lentə alıb. 

 

İ.Maskın sözügedən videoda masanın üzərində olan qaşıq və çəngəllərdən raket və yaxud robotabənzər predmet düzəltdiyini görmək mümkündür.

 

Sosial şəbəkə istifadəçiləri onun bu davranışlarını şam yeməyi zamanı bezməsi ilə izah edib. Qeyd olunub ki, onunla eyni masada əyləşən ABŞ Prezidenti Donald Tramp başqa bir şəxslə söhbət etdiyindən Mask özü üçün məşğuliyyət tapıb. 

 

Həmin görüntüləri təqdim edirik:

 

 


OXŞAR XƏBƏRLƏR