Ərdoğan: Xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər


Ərdoğan: Xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər

Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbirdən, sakitlikdən əl çəkməyəcəyik.

 

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqamında çıxışı zamanı deyib.

 

"Bələdiyyələrimiz korrupsiyanın, ədalətsizliyin tərəfində olmayacaq, onlar nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilə-bilə xalqına xidmət edəcək. Dörd gündür (müxalifət-red) xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər", - Ərdoğan bildirib.

 

Türkiyə lideri qeyd edib ki, müxalifət öz strukturunu zəhərli sarmaşıq kimi sarmış soyğunçulardan təmizləməyincə, nə siyasi nüfuzunu, nə də siyasi kimliyini geri qaytara biləcək.

 

"Siyasət və ədalətin küçə terroru ilə idarə olunduğu günlər köhnə Türkiyə ilə birlikdə geridə qaldı. Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qoy qanun işləsin. Məhkəmələr heç bir təzyiqə məruz qalmadan türk xalqı adına qərar versin. Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil", - Ərdoğan vurğulayıb. (Report)


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar Xızıda bu ailənin qonağı oldular- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna ...

İlham Əliyev:"Azərbaycan qazına dünyada böyük tələbat var"

"Hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var".   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezide...

Dövlət bu hallarda bələdiyyələrə torpaq ayıracaq

  Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri artırılır.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün ke...

Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi - səhhəti anidən ağırlaşıb - VİDEO

Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinovanın Bakıda başına iş gəlib.   Sfera.az xəbər verir ki, səhhətində ciddi probl...

Tikinti ilə bağlı qaydalarda dəyişiklik edildi

Tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr edilir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olu...

Bu şəxslərə dövlət torpaq sahəsi verəcək

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşa...