İsrail Livandakı “Hizbullah” hədəflərinə raket zərbələri endirməyə başladı

İsrail Livandakı “Hizbullah” hədəflərinə raket zərbələri endirməyə başladı

İsrail səhər saatlarında Livandan 3 raket atılmasına cavab olaraq “Hizbullah”ın hədəflərinə ardıcıl zərbələr endirməyə başlayıb.

 

Sfera.az “Al Arabia”ya istinadən xəbər verir ki, İsrailin Baş naziri Bimyamin Netanyahu və müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinə Livanda onlarla hədəfə qarşı qətiyyətli addımlar atmağı tapşırıb.

 

“Bu səhər İsrailə atılan raketlərə cavab olaraq baş nazir və müdafiə naziri Livandakı terrorçuların hədəflərinə zərbələr endirmək əmri verib”, - məlumatda bildirilir.

 

Netanyahunun bəyanatından az sonra İsrail ordusu Livanın cənubundakı “Hizbullah” mövqelərinə hücumların başladığını bildirib.

 

Qeyd edək ki, daha əvvəl İsrail ordusu 2024-cü ilin noyabrından bəri ölkənin şimal bölgələrinə ilk dəfə raket hücumu olduğunu açıqlamışdı. Livan ərazisindən atılan azı üç raket hava hücumundan müdafiə sistemləri sayəsində ələ keçirilərək məhv edilmişdi. Müdafiə naziri İsrael Kats başverənlərə görə məsuliyyətin Livan hökumətində olduğunu bildirmiş və orduya cavab tədbirləri görməyə göstəriş vermişdi.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...