Altıncı nəsil qırıcı təyyarələr olacaq - Tramp "F-47"ləri təqdim etdi

Altıncı nəsil qırıcı təyyarələr olacaq - Tramp "F-47"ləri təqdim etdi
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirdiyi rəsmi tədbirdə ölkəsinin 6-cı nəsil qırıcı təyyarələrə keçid planını elan edib. 

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Trampın sözlərinə görə, onun göstərişi ilə ABŞ Hərbi Hava Qüvvələri dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsi olan "F-47" modelinə keçəcək.
“Generallar bu təyyarəyə "F-47" adını verdilər. Bu, indiyə qədər hazırlanmış ən müasir, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq”, - deyə ABŞ prezidenti bildirib.

 

Prezident bildirib ki, yeni təyyarə “Boeing” şirkəti tərəfindən istehsal ediləcək və onun sınaq versiyası artıq 5 ildir ki, gizli şəkildə həyata keçirilir.

 

F-47 təyyarəsinin bir sıra yeni texnologiyalarla təchiz ediləcəyini vurğulayan Tramp əlavə edib ki, bu təyyarə dronlarla birgə uçacaq və özü ilə çoxlu sayda dron daşıya biləcək: "Bu, tamamilə yeni bir texnologiyadır. İstədiyimiz sayda dronu müşayiət edə bilər”.

 

Fidan Hacızadə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR