Almaniya Rusiyaya məxsus neft tankerini saxlayıb

Almaniya Rusiyaya məxsus neft tankerini saxlayıb

Alman gömrük orqanları 14 mart tarixində Rügen adası sahillərində dayanan Panama bayraqlı “Eventin” adlı neft tankerini həbs edib.

 

Sfera.az Almaniyanın “Spiegel” jurnalına istinadən xəbər verir ki, gömrük idarəsinin bu qərarı ilə birlikdə tanker və onun daşıdığı təxminən 100 min ton, 40 milyon avro dəyərində olan xam neft Almaniya dövlətinin mülkiyyətinə keçib.

 

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, bu qərardan sonra gəminin bayrağı dəyişdiriləcək. Alman hökuməti, mövcud sanksiyalara baxmayaraq, Rusiyanın dünyaya neft satmaq üçün istifadə etdiyi “kölgə donanması”na qarşı sərt mövqe nümayiş etdirmək qərarına gəlib. Beləliklə, Berlin rəhbərliyi Moskvaya açıq mesaj göndərib: Almaniya Rus neftinin Baltik dənizi üzərindən daşınmasına göz yummayacaq.

 

Xəbərdə həmçinin qeyd olunur ki, aidiyyəti orqanlar neftin təhlükəsiz şəkildə necə və harada boşaldılacağını planlaşdırırlar. Tankerdə sızma riski olduğuna görə, gəmi Sassnitz şəhəri sahillərinə çəkilib və hazırda Alman təhlükəsizlik qüvvələri tərəfindən 24 saat müşahidə altındadır.

 

Bildirilib ki, “Eventin” gəmisi fevral ayının sonundan etibarən Avropa İttifaqının Rusiyanın “kölgə donanması” siyahısına daxil edilib.

 

Fidan Hacıyeva
sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Həlak olan əsgərlərimizə şəhid statusu veriləcək

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun qar uçqununa düşən hərbi qulluqçuları əsgər Əli Tariye...

Əkrəm İmamoğlu ifadə verdi

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ifadəsi alınıb.   Sfera.az-ın İstanbul müxbirinin verdiyi xəbərə görə, İmamoğlu ifadə zamanı öz...

Altıncı nəsil qırıcı təyyarələr olacaq - Tramp "F-47"ləri təqdim etdi

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirdiyi rəsmi tədbirdə ölkəsinin 6-cı nəsil qırıcı təyyarələrə keçid planını elan edib.    Sfera.az xa...

"Tapa bilmədim bunu kim edib" - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu başına gələn maraqlı hadisəni sosial media hesabında paylaşıb.   Sfera.az xəbər verir ki, meyxanaçı maşının üstünə o...

Bu qadının başına 15 milyon dollar qoyuldu

ABŞ Federal Təhqiqat Bürosu Liu Baoxia adlı qadını və onun 3 əməkdaşını axtarır.   Sfera.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu xanımın h...

Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ

Astrologiya maraqlı simvolik dildir və bir çox insan gündəlik həyat qərarlarında bürclərdən və planetlərin vəziyyətindən faydalanmağa çalışır. Aprel 2025-d...