Rusiyanın yanan neft bazasında partlayış oldu

Rusiyanın yanan neft bazasında partlayış oldu

19 martda dron hücumuna məruz qalan və hələ də yanmaqda olan Krasnodar diyarındakı neft bazasında ötən gecə partlayış baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Krasnodar diyarının Operativ Qərargahı məlumat yayıb.

 

"Kavkazski rayonunda yanğınsöndürmə prosesi zamanı yanan rezervuarın hermetikliyinin pozulması nəticəsində partlayış olub və alovlu neftin püskürməsi baş verib. Nəticədə 3 texnika zədələnib, 2 yanğınsöndürən xəsarət alıb", - məlumatda qeyd olunub.

 

Bildirilib ki, slov daha bir rezervuara yayılıb:

 

"Beləliklə, hazırda iki rezervuar, bağlama armaturu, rezervuarların ətrafındakı torpaq bəndindəki neft məhsulları və partlayış nəticəsində rezervuar hüdudlarından kənara atılmış neft məhsulları yanır. Yanğının ümumi sahəsi 10 min kvadratmetrə qədər genişlənib".

 

Yanğının söndürülməsinə 456 nəfər və 181 texnika cəlb olunub.

 

Krasnodara gedən avtomobil yolu bağlanıb. Neft bazasının yerləşdiyi Kavkazski rayonunun sakinlərinə küçəyə çıxmamaq və pəncərələri açmamaq tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR

Həlak olan əsgərlərimizə şəhid statusu veriləcək

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun qar uçqununa düşən hərbi qulluqçuları əsgər Əli Tariye...

Əkrəm İmamoğlu ifadə verdi

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ifadəsi alınıb.   Sfera.az-ın İstanbul müxbirinin verdiyi xəbərə görə, İmamoğlu ifadə zamanı öz...

Altıncı nəsil qırıcı təyyarələr olacaq - Tramp "F-47"ləri təqdim etdi

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirdiyi rəsmi tədbirdə ölkəsinin 6-cı nəsil qırıcı təyyarələrə keçid planını elan edib.    Sfera.az xa...

"Tapa bilmədim bunu kim edib" - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu başına gələn maraqlı hadisəni sosial media hesabında paylaşıb.   Sfera.az xəbər verir ki, meyxanaçı maşının üstünə o...

Bu qadının başına 15 milyon dollar qoyuldu

ABŞ Federal Təhqiqat Bürosu Liu Baoxia adlı qadını və onun 3 əməkdaşını axtarır.   Sfera.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu xanımın h...

Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ

Astrologiya maraqlı simvolik dildir və bir çox insan gündəlik həyat qərarlarında bürclərdən və planetlərin vəziyyətindən faydalanmağa çalışır. Aprel 2025-d...