Logo

ABŞ Səudiyyə Ərəbistanına yaşıl işıq yandırdı - Silah satışına başlanılacaq

ABŞ Səudiyyə Ərəbistanına yaşıl işıq yandırdı - Silah satışına başlanılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaxın Şərqdəki gərginlik fonunda Səudiyyə Ərəbistanına embarqo tətbiq edən ABŞ qərarında düzəliş edib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Səudiyyə Ərəbistanına tətbiq etdiyi embarqonu rəsmi olaraq ləğv edib və bu ölkəyə silah satışına razılıq verib.
ABŞ Dövlət Departamentinin yaydığı yazılı açıqlamada qeyd olunur ki, Səudiyyə Ərəbistanına satılması planlaşdırılan müasir silahların ümumi dəyəri təxminən 100 milyon dollar təşkil edir.

Bu qərar bölgədəki güc balansına təsir göstərə biləcək əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Fidan Hacızadə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR