Türkiyədə məktəblər BAĞLANDI: fövqəladə tədbirlər...


Türkiyədə məktəblər BAĞLANDI: fövqəladə tədbirlər...

Türkiyənin bəzi bölgələrində təsirli olan intensiv qar yağışı səbəbilə təhsil müəssisələrində dərs prosesinə fasilə verilib.

 

Sfera.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şırnak, Van, Hakkari, Bitlis və Ağrı kimi bölgələrdə güclü qar və çovğun həyat şəraitini çətinləşdirib. Şagirdlərin və müəllimlərin təhlükəsizliyi nəzərə alınaraq bəzi məktəblərdə 21 mart tarixinə planlaşdırılan dərslər təxirə salınıb.

 

Şırnakın Beytüşşebap və Uludərə rayonlarında, Vanın Başkale və Bahçesaray rayonlarında, Hakkarinin mərkəzində və Yüksekova rayonunda, Bitlisin Hizan və Tatvan rayonlarında, eləcə də Ağrının Doğubayazıt rayonunda təhsil fasiləsi elan edilib.

 

Müvafiq valiliklər tərəfindən verilən qərarlara əsasən, bəzi bölgələrdə dövlət qurumlarında çalışan hamilə qadınlara və xroniki xəstəliyi olan işçilərə də idari məzuniyyət verilib.

 

Qeyd edək ki, qar yağışı və yolların buz bağlaması səbəbilə bəzən kənd yolları da bağlanır və Fövqəladə Hallar Komandaları ərazilərdə yardım fəaliyyətlərini davam etdirir. /Musavat.com


OXŞAR XƏBƏRLƏR

DİN-dən XƏBƏRDARLIQ: Bank kartınızın kodunu heç kəsə verməyin!

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib.   Nazirlikdən Sfera.az-a verilən məlumata görə, iyunun 24-də vətənda...

Generalın qardaşı da general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Onlardan...

Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az ...

“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” – Ekspert

Son illərdə Azərbaycanda hər 10 min nəfərə düşən ali məktəb tələbələrinin sayı artsa da, bu göstərici hələ də region ölkələri ilə müqayisədə aşağıdır. Dövlət St...

“Pop Kralı”nın ölüm günüdür...

Bu gün dünya musiqisinin tanınmış simalarından olan, “Popun Kralı” Maykl Ceksonun vəfatından 16 il ötür.   Sfera.az xəbər verir ki,...