Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub

Dünya
19:45 / 20.03.2025
8251
Rusiya və ABŞ nümayəndələri arasında növbəti danışıqlar martın 24-də Ər-Riyadda baş tutacaq.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O qeyd edib ki, danışıqlarda Rusiya tərəfdən Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda iştirak edəcək.
"Ümid edirik ki, bazar ertəsi keçiriləcək məsləhətləşmələr məhsuldar olacaq", - deyə V.Putinin köməkçisi qeyd edib.