Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu

Dünya
19:14 / 19.03.2025
10023
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“2025-ci il martın 19-da danışıqlar prosesi nəticəsində 175 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri təhvil verilib”, - MN qeyd edib.
Rusiya, həmçinin təcili tibbi yardıma ehtiyacı olan 22 ağır yaralı hərbi əsiri təhvil verib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin əsirlikdən azad edilmiş hərbi qulluqçuları Belarusdadır. Onlar müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcək.