"ABŞ-lə müharibə vəziyyətindəyik" - Cəlal Əmir

Dünya
16:30 / 18.03.2025
4453
Husilər ABŞ-lə yoaşanan gərginlik fonunda geri addım atmır.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Husi administrasiyasının xarici işlər naziri Cəlal Əmir məsələ ilə bağlı açıqlama verib.
Nazir bildirib ki, hazırda ABŞ-lə müharibə vəziyyətindədirlər və edilən hücumlara cavab veriləcək.
Əmir həmçinin qeyd edib ki, İrana qarşı təzyiqlər və ya istəklər, Qırmızı dənizdəki gəmi hücumlarının azalmasına səbəb olmayacaq.
Husilər son dövrlərdə Qırmızı dənizdəki gəmilərə qarşı təşkil etdikləri hücumlarla beynəlxalq diqqəti üzərlərinə çəkiblər. ABŞ və tərəfdaşları isə bu hücumların qarşısını almaq üçün bölgədə təhlükəsizlik tədbirlərini artırıblar.
Fidan Hacızadə