İran BMT-ni təhdid etdi: "Ciddi nəticələri olacaq"

İran BMT-ni təhdid etdi: "Ciddi nəticələri olacaq"

İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına məktub göndərərək, ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı ittiham və təhdidlərini rədd edib. İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani məktubda ABŞ rəsmilərinin İran əleyhinə “məsuliyyətsiz və təxribat xarakterli” açıqlamalarını qınayıb.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktubda qeyd olunub ki, İranın Yəməndəki husilərə silah tədarük etməsi ilə bağlı ittihamlar əsassızdır və Yəmən qüvvələri müstəqil qərar verirlər.

 

İran eyni zamanda, ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumlarını bu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və BMT Təhlükəsizlik Şurasını lazımi addımlar atmağa çağırıb.

 


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl husilərin Qırmızı dənizdə İsrailə yük daşıyan gəmiləri hədəf alan hücumlarının İran tərəfindən dəstəkləndiyini iddia etmiş və Tehranı ciddi nəticələrlə hədələmişdi.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

22 il monastırda özünü rahibə kimi göstərərək yaşayıb - SƏBƏB

İyirmi ildən çox Dominikan monastırlarında "Marqarita bacı" kimi yaşayan Frank Tavaresin bənzərsiz hekayəsi ictimaiyyəti şoka salıb, kitablar və sənəd...

Daxılların adətən donuz formasında dizayn edilməsinin təəccüblü səbəbi - FOTO

Daxıllar insanlara pul qənaət etmək vərdişini inkişaf etdirməyə kömək etmək üçün ən çox istifadə edilən obyektlərdən biridir.   Bəs heç düşünmüsünüz...

Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Bu yaxınlarda Çinin mərkəzindəki Zhongyuan Rayon Məhkəməsi boşanma zamanı ev işlərini gördüyünə görə qadına təqribən 35 min dollar təzminat təyin etmə qərarı çı...

Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respubli...

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.   Sfera.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası &ldq...

Əkrəm İmamoğlunun yeni görüntüləri yayıldı – VİDEO

İmamoğlunun ortağı olduğu şirkət məhkəmə qərarı ilə müsadirə edildi   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   ...