ATƏT-dən Bakı-İrəvan razılaşması ilə bağlı bəyanat

Dünya
08:20 / 18.03.2025
690
Finlandiya ATƏT-in sədri qismində Ermənistan və Azərbaycan hökumətlərini sülh müqaviləsi mətninin layihəsi üzrə danışıqları uğurla başa çatdırmaları münasibətilə təbrik edir.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
"Bu mühüm mərhələ Cənubi Qafqazda gələcək sülhə, sabitliyə və əməkdaşlığa nail olmaq üçün ümumi sadiqliyi əks etdirir. Bu nailiyyət irəliyə doğru vacib bir addım olsa da, sülh sazişinin yekunlaşdırılması və həyata keçirilməsi üçün hələ də mühüm işlərin görülməli olduğunu anlayırıq. ATƏT-in sədri kimi Finlandiya dayanıqlı sülhə nail olunması üçün bütün səyləri dəstəkləməyə hazırdır", – deyə XİN bəyan edib.