Səliqəsiz evi olan kasıb nənə milyonçu oldu: Bu qədər pulu haradan alıb? - FOTO

Səliqəsiz evi olan kasıb nənə milyonçu oldu: Bu qədər pulu haradan alıb? - FOTO

Britaniyanın Kentdəki Uitstable şəhərinin sakinləri 2022-ci ildə vəfat edən yoxsul qonşuları Gilda (Hilda) Levinin gizli milyonçu olduğu ortaya çıxanda şoka düşüblər.

Sfera.az bildirir ki, bu, vəsiyyətnamənin elanı zamanı aydın olub. Gildanın qonşuları onun sərvətindən xəbərsiz olublar: qoca nənənin evi və bağı baxımsız görünüb və sahibinin sərvətini göstərməyib.

98 yaşlı təqaüdçü Kent və Londondakı dörd xeyriyyə təşkilatına ümumilkdə 1,4 milyon funt sterlinq qoyub. Bu təşkilatların nümayəndələri gözlənilməz mirasdan şoka düşüblər, çünki qadın onlarla heç vaxt əlaqə saxlamayıb və onların işində iştirak etməyib.


Yeri gəlmişkən, Levinin həyat hekayəsi onun gizli vəziyyətindən heç də az heyrətamiz olmayıb. Yerli tədqiqatçı Julie Hunt qadının Almaniyanın Köln şəhərində doğulduğunu və Holokost zamanı bütün ailəsini itirdiyini aşkar edib. 16 yaşında, 1941-ci ildə o, Böyük Britaniyaya qaça bilib və burada onu yerli sakin Ellen Ceffrinin qızı ilə səhv salıblar.
 

Yeni həyata başlayan Gilda katiblik bacarıqlarını öyrənib. 1958-ci ildə Britaniya vətəndaşlığını aldıqdan sonra əvvəlcə Meydstonda, sonra Edinburq hersoqu və kraliça II Elizabetin əri Şahzadə Filipin xeyriyyə təşkilatında çalışıb.
 

Gilda Levinin nəhəng mirasının mənşəyi hələ də sirr olaraq qalır, baxmayaraq ki, tədqiqatçı bəzi ipuçlarını tapıb. Qadının ABŞ-da böyük bir şirkətdə ortağı olan, valideynlərini maddi cəhətdən təmin edən varlı əmisi olub. Ölümündən sonra adam 44 milyon dollarlıq mülkünü qardaşlarına, uzaq qohumlarına və xeyriyyə təşkilatlarına buraxıb.
 

Aysel


OXŞAR XƏBƏRLƏR

Mövqelərimiz yenidən atəşə tutuldu

Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ...

"Astronavtlar sabah Yerə qayıdır" - NASA

NASA-nın açıqladığı əlumata əsasən, astronavtlar Butç Vilmore və Suni Villiams sabah axşam "SpaceX"in "Crew Dragon" kapsulu ilə Yerə dönəcək...

Parlament TDT üzvləri arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya etdi

Parlament TDT üzvləri arasında rəqəmsal iqtisadiyyata dair sazişi ratifikasiya edib   Sfera.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar...

İran BMT-ni təhdid etdi: "Ciddi nəticələri olacaq"

İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına məktub göndərərək, ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı ittiham və təhdidlərini rədd e...

Bərdədə doğuş zamanı ÖLÜM HADİSƏSİ

Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Firuzə Qaç...

Ukraynada sülhə mane olacaq səbəb: "Bu, böhranının həllini çətinləşdirir"

Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəsmi nümayəndəsi bildirib ki, çoxlu sayda ölkə Ukraynada sülhməramlı qüvvə yerləşdirməyə hazırdır. Onun verdiy...