Fransa “Azadlıq” heykəlini geri tələb edir

Fransanın mərkəz solçu deputatı Rafael Qluksman 19-cu əsrdə fransızlar tərəfindən ABŞ-a verilən Azadlıq heykəlini geri qaytarmağa çağırıb.
Sfera.az bildirir ki, ABŞ-ın məşhur simvolu Fransa tərəfindən 1886-cı ildə Amerikanın Müstəqillik Bəyannaməsinin yüz illiyini qeyd etmək üçün verilmişdir. Azadlıq heykəlinin kiçik bir nüsxəsi Parisdə dayanır.
"Azadlıq heykəlini bizə geri verin. Biz onu sizə verdik, amma deyəsən, siz ona xor baxırsınız”-deyə Qluksman “Place Publique”nin mərkəz sol hərəkatının qurultayında bildirib.
Qeyd edək ki, Azadlıq Heykəli 28 oktyabr 1886-cı ildə Nyu-York Limanında fransız xalqının Amerikaya hədiyyəsi olaraq Amerika İstiqlal Bəyannaməsinin yüzilliyini qeyd etmək üçün açılıb. O, fransız Auguste Bartholdi tərəfindən hazırlanmışdır.
Parisdə, Senadakı kiçik bir adada heykəlin daha kiçik bir nüsxəsi var. Onu da qeyd edək ki, deputat Qluksman Ukrayna müdafiəçisi kimi prezident Donald Trampın ABŞ-ın müharibə ilə bağlı siyasətində köklü dəyişiklik etməsini kəskin tənqid edib.
O, həmçinin Trampın Amerika tədqiqat institutlarının maliyyəsini kəsməsini tənqid edib.
Xatırladqq ki, yanvar ayında Tramp Ağ Evə qayıtdıqdan sonra onun administrasiyası tədqiqat üçün federal maliyyəni kəsib və sağlamlıq və iqlim tədqiqatları üzərində işləyən yüzlərlə federal işçini işdən çıxarmağa cəhd edib.
Qluksman Fransadakı ifrat sağçı liderləri də tənqid edərək, onları Tramp və prezident xərclərinin azaldılması səylərinə rəhbərlik edən milyarder İlon Maskın “fan klubu” olmaqda ittiham edib.
Aysel