Bu ölkə Suriyaya 300 milyon avro ayıracaq

Bu ölkə Suriyaya 300 milyon avro ayıracaq

Almaniya Suriya xalqına və bölgədəki suriyalı qaçqınlara dəstək məqsədilə 300 milyon avro yardım ayıracağını açıqlayıb. Bu barədə Almaniyanın Xarici İşlər Naziri Annalena Baerbok Brüsseldə keçirilən 9-cu Brüssel Konfransında məlumat verib. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baerbokun sözlərinə görə, vəsaitin yarısından çoxu Suriya daxilində, qalan hissəsi isə İordaniya, Livan, İraq və Türkiyədə yaşayan suriyalı qaçqınlar və onları qəbul edən icmalar üçün istifadə olunacaq. 

 

Nazir həmçinin bildirib ki, Suriyada sülh və sabitliyin təmin olunması üçün inklüziv siyasi prosesə ehtiyac var. O, Avropanın Suriya xalqı və azad, sülh dolu bir ölkə üçün birlik içində olduğunu vurğulayıb. Konfransda Suriyanın təcili humanitar ehtiyacları diqqət mərkəzində olub. 


İlk dəfə olaraq Suriya Müvəqqəti Hökumətinin nümayəndələri də toplantıya qatılıb. Baerbok həmçinin Avropanın Ukraynanın suverenliyini dəstəkləməyə davam edəcəyini və qitənin təhlükəsizliyinə edilən sərmayələrin transatlantik təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıdığını bildirib. 


Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR