Husilər Trampa tabutla cavab verdi - FOTO

Dünya
13:14 / 17.03.2025
7328
Yəməndəki Husilər, ABŞ Prezidenti Donald Trampın “Husilərə qarşı cəhənnəm yağdıracağı” bəyanatından sonra təxribat xarakterli animasiya yayımlayıb.
Sfera.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, video ABŞ vətəndaşları arasında narazılığa səbəb olub.
Animasiyada əvvəlcə bir tabutun üzərində Amerika bayrağı görünür, daha sonra kamera uzaqlaşdıqca batmış döyüş gəmilərinin ətrafında suda üzən bayrağa sarılmış tabut təsvir olunur. Gəmilərin alov içində suda yanması da kadrlarda yer alır.
Video həm qəzəb doğurub, həm də Husilərin zorakılığı artıracağına dair narahatlıqları gücləndirib.
Fidan Hacızadə