Kök polislərə arıqlamaq tapşırığı verildi

Kök polislərə arıqlamaq tapşırığı verildi

 
Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda artıq çəkidən əziyyət çəkən polis əməkdaşlarına arıqlamaq tapşırığı verib.

Jurnalistlərə açıqlama verən nazir bildirib ki, polis əməkdaşı kökəldiyi zaman onun iş qabiliyyəti azalır: "Əməkdaşlarımızın çəkiləri beynəlxalq boy və çəki nisbəti cədvəlinə uyğun olmalıdır”.

DİN rəhbəri qeyd edib ki, xüsusi komissiya tapşırığın icrasına nəzarət edəcək. 

Qeyd edək ki, Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda idmanla aktiv məşğul olur. O, həftə ərzində ən azı iki dəfə 3 km kross qaçır. 


OXŞAR XƏBƏRLƏR