Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”

 

Sfera.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında yazıb.

 

"Dünən biz Putinin bəyanatlarını eşitdik. O, açıq şəkildə bəzi şərtlər irəli sürür ki, bu da onun heç bir atəşkəs istəmədiyini göstərir. Ona müharibə lazımdır. Bu, həmişə bəlli olub və indi də göz qabağındadır", - Zelenski bildirib.

 

Zelenski həmçinin Putinin döyüş meydanındakı real vəziyyət barədə, itkilər barədə, ölkə iqtisadiyyatının real vəziyyəti barədə yalan danışdığını və diplomatiyanın iflasa uğraması üçün əlindən gələni etdiyini deyib.

 

“Putin bu müharibədən çıxa bilməz, çünki çıxsa o zaman onun heç nəyi qalmayacaq”, - deyə Zelenski bildirib.

 

Zelenskinin fikrincə, məhz buna görə də Putin diplomatiyanı sabotaj etmək üçün mümkün olan hər şeyi edir. Çünki o əvvəldən, hətta atəşkəsdən əvvəl də son dərəcə çətin və qəbuledilməz şərtlər qoyurdu.

 

"Putin Minskdə etdiyi kimi hamını sonsuz müzakirələrə sürükləməyə çalışacaq, ordusu insanları öldürməyə davam etdiyi halda özü mənasız danışıqlara günlər, həftələr və aylar sərf edəcək. Putinin irəli sürdüyü hər bir şərt sadəcə olaraq diplomatiyaya mane olmaq cəhdidir. Rusiya belə işləyir. Biz də bu barədə xəbərdarlıq etmişdik", - Zelenski deyib.(APA)

 

 


OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...