“Putin atəşkəs təklifini rədd etməyə hazırlaşır” - Zelenski

“Putin atəşkəs təklifini rədd etməyə hazırlaşır” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin ABŞ tərəfindən irəli sürülən “30 günlük atəşkəs” təklifini rədd etməyə hazırlaşdığını iddia edib.

 

Sfera.az xəbər verir ki, Zelenski “X” hesabında yazdığı açıqlamada bu haqda danışıb.

 

O bildirib ki, Rusiya tərəfi atəşkəs ideyasına cavab olaraq çox proqnozlaşdırıla bilən və manipulyativ açıqlamalar verir. Ukrayna lideri həmçinin iddia edib ki, Putin belə situasiyalarda məntiqi həllərin reallaşmasına əngəl yaratmağa çalışır:

 

“Əlbəttə, Putin prezident Trampa bu müharibəni davam etdirmək və ukraynalıları öldürmək istədiyini birbaşa söyləməkdən qorxur. Ona görə də Moskvada atəşkəs ideyasını elə ilkin şərtlərlə əhatə edirlər ki, bu ya uğursuz olur, ya da mümkün qədər uzun müddətə uzadılır”.

 

Zelenski ABŞ-nin dərhal atəşkəs əldə olunacağı təqdirdə vəziyyətə nəzarət edə biləcəyini qeyd edib. Rusiya tərəfinin müharibəni davam etdirməkdə israrlı olduğunu vurğulayan Zelenski Putinin illərdir sülhdən imtina etdiyini bildirib. Onun fikrincə, davamlı sülh üçün Rusiyaya qarşı sanksiyaların hesabına təzyiq artırılmalıdır.

 

Qeyd edək ki, Putin Ukraynada müvəqqəti atəşkəs təkliflərini dəstəklədiyini, lakin bu cəhdlərin uzunmüddətli sülhə və böhrana səbəb olan problemlərin həllinə imkan yaratmalı olduğunu bildirib.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...