Moskvaya PUA hücumu: Üç dron VURULDU

Dünya
10:29 / 14.03.2025
2837
Moskva vilayətində üç PUA vurulub.
Sfera.az rus mediasına istinadla xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov səhər saatlarında hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf etdiyini bildirib. Balaşixa üzərində iki pilotsuz təyyarə vurulub. Onlardan birinin qalıqları Demin Luq küçəsindəki İzmailovo mikrorayonunda tikinti sahəsinə, digəri isə Svobody küçəsindəki Jeleznodorojni mikrorayonunun ərazisinə düşüb.
Üçüncü PUA Leninski rayonundakı Yujnaya Bitsa mikrorayonunda məhv edilib. Onun qalıqları heç kimin yaşamadığı, tikilməkdə olan çoxmərtəbəli binanın üzərinə düşüb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.
Hadisə ilə bağlı araşdırmalar davam edir.