Logo

Ukraynada iki Azərbaycan vətəndaşıitkin düşüb - FOTO

Ukraynada iki Azərbaycan vətəndaşıitkin düşüb - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynada iki Azərbaycan vətəndaşı - 1984-cü il təvəllüdlü Əsgərov Rəşad Cahangir oğlu və onun dostu 1974-cü il təvəllüdlü Qaraşov Xəyyam itkin düşüblər.

Sfera.az xəbər verir ki, bu barədə "Report"a Rəşad Əsgərovun qardaşı Ruslan Əsgərov məlumat verib.

Bildirib ki, onlar bu il fevralın 26-da Ukraynaya gediblər.

“Martın 6-a qədər hər gün əlaqə saxlayırdıq. Həmin gündən hər ikisi ilə əlaqə itdi. Ukrayna hüquq-mühafizə orqanlarına müraciət etmişik, hələ ki, heç bir nəticə yoxdur. Qardaşım 20 ilə yaxın idi ki, Ukraynada yaşayırdı. 2003-cü ildə institutu bitirdikdən sonra orada yaşayıb. Kiyevdə idman məşqçisi olub. Cüdo üzrə peşəkar idmançı kimi dünya 2-cisi olub. Ukraynada müharibə başlayanda ailəsi ilə Azərbaycana gəlmişdi. Kiyevə orada qalan şəxsi avtomobillərini satmağa getmişdilər", - R.Əsgərov vurğulayıb.

Ukraynada iki Azərbaycan vətəndaşıitkin düşüb - FOTOUkraynada iki Azərbaycan vətəndaşıitkin düşüb - FOTOUkraynada iki Azərbaycan vətəndaşıitkin düşüb - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR