Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kurska getdi

Dünya
23:55 / 12.03.2025
3309
Rusiya prezidenti Vladimir Putin Kursk vilayətinə səfər edib
Bu barədə Sfera.az-a “TASS”a istinadən xəbər verir.
Qeyd olunub ki, Putin hərbi geyimdə Kursk qrupunun komanda məntəqəsinə baş çəkib və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hesabatını dinləyib.
Bu, Ukrayna Silahlı Qüvvələrinin bölgəyə hücumundan sonra Rusiya dövlət başçısının Kursk vilayətinə ilk səfəridir.