Alla Puqaçova Rusiya rəsmisinə sui-qəsd hazırlamaqda ittiham olunur

Alla Puqaçova Rusiya rəsmisinə sui-qəsd hazırlamaqda ittiham olunur

Məşhur sovet və rus müğənnisi Alla Puqaçova sui-qəsdə cəhddə ittiham olunub. İttihamlarla Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin çıxış edib. İddialara görə, Prima Donna onu özünə “hədəf” seçib.

 

Sfera.az bildirir ki, məşhur müğənni Alla Puqaçova Rusiyada adam öldürməyə cəhddə ittiham olunur. Onun rusiyalı məmur Vitali Borodinə sui-qəsd planlaşdırdığı iddia edilir. 

 

İddia edilən sui-qəsd barədə rəsmi Vitali Borodin özü məlumat verib. Puqaçova heç bir şəkildə onun bəyanatını şərh etməyib.

 

Vitali Borodin Puqaçovanın “xarici agent” kimi tanınmasını təklif etdiyini və guya Alla Puqaçovanın bundan qisas almaq istədiyini bildirib.

 

"Borodin Puqaçovanın sui-qəsd hazırlandığını və bunun Alla Borisovnanın sifarişi ola biləcəyini öyrənib. Bunun səbəbi Borodinin Puqaçovanın titullarından, dövlət mükafatlarından məhrum edilməsini, onun "xarici agent" kimi tanınmasını və ifadələrinə görə mühakimə olunmasını xahiş etməsi olub"- deyə məlumatda bildirilir.

 

Borodin iddia edir ki, guya naməlum şəxslərdən hədələr alıb və bu səbəbdən polisə müraciət edib. Amma indi o, müğənninin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Borodin artıq Rusiya Federasiyasının İstintaq Komitəsinə Alla Puqaçovadan şikayət edib. İddiada o, sənətçinin xarici xüsusi xidmət orqanları ilə əlaqələrinin yoxlanılmasını tələb edir və onu öldürməyə cəhddə ittiham edir.

 

İfaçının özü hələ də Rusiya rəsmisinin iddilarına cavab verməyib. Qeyd edək ki, bu Borodinin Prima Donnaya qarşı ilk şikayəti deyil. 2024-cü ildə o, Puqaçova və onun əri Maksim Qalkinin Moskva yaxınlığındakı malikanəsinin müsadirə olunmasını tələb edib. 

 

Xatırladaq ki, Maksim Qalkin və Alla Puqaçova 2022-ci ildə Rusiyanı tərk edərək İsrailə köçüb və Ukraynadakı müharibənin əleyhinə çıxış ediblər. Qalkin müharibə ilə bağlı mövqeyinə görə "xarici agent" kimi tanınıb. Alla Puqaçova özü də onu “xarici agent” kimi tanımağa çağırıb, lakin bu, hələ baş verməyib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

May ayında 11 gün İŞ OLMAYACAQ

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.   Sfera.az xəbər veri...

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək güya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər...

Mayora hücum edən idmançıların həbsi uzandı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidə...

“Trendyol” dəyəri yüksək olan sifarişləri pulsuz çatdıracaq - Məbləğ açıqlandı

Türkiyənin aparıcı e-ticarət platforması olan "Trendyol" 50 manat və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv...

127 taksi sürücüsü imtahandan kəsildi

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.   DİM-dən...

85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - MÜTDA

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. &n...