Şahzadə 22 yaşında nadir xəstəlikdən vəfat edib - FOTOLAR

Lüksemburq Böyük Hersoqunun qardaşı oğlu Şahzadə Frederik de Nassau Paris xəstəxanasında dünyasını dəyişib.
Sfera.az bildirir ki, Şahzadə nadir genetik xəstəlik olan PolG ilə əlaqəli mitoxondrial xəstəliklə 14 illik mübarizədən sonra vəfat edib. Oğlunun ölümünü onun atası Robert Fridrikin xəstəliklə bağlı araşdırmaları dəstəkləmək üçün qurduğu Fondun səhifəsində elan edib.
Qeyd edək ki, Şahzadəyə diaqnoz 14 yaşında, simptomları həddən artıq aydınlaşan və kəskin gedişi olanda qoyulub. Bu xəstəliyin müalicəsi yoxdur və xəstələr yavaş-yavaş çəki atmağa məhkumdurlar.
Atanın dediyinə görə, fevralın 28-də Nadir Xəstəliklər Günündə oğlu ailəsini sonuncu dəfə söhbət etmək üçün otağına çağırıb.
"Frederik öz növbəsində hər birimizlə - qardaşı Aleksandrla, bacısı Şarlotta ilə, mənimlə, üç əmisi oğlu Çarli, Lui və Donalla, baldızı Mansurla və nəhayət, xalası Şarlotta və Mark əmi ilə vidalaşmaq üçün güc və cəsarət tapdı. O, hamımızı son bir ailə zarafatı ilə tərk etdi, hətta son anlarında onun yumoru və sonsuz şəfqəti hamımızı sevindirdi” - deyə ata bildirib.
Ailənin bildirdiyinə görə, Frederikin atasına son sualı: "Ata, mənimlə fəxr edirsən?"-olub.
Robert həyatının son günlərində Frederikin danışmaqda çox çətinlik çəkdiyini, buna görə dediyi hər sözün ailə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
POLG, PolG genindəki mutasiyaların səbəb olduğu nadir mitoxondrial xəstəlikdir. Bir neçə orqan, ilk növbədə beyin, sinirlər, əzələlər və qaraciyərə təsir göstərir. Bu xəstəliyə dünyada 300 milyon insanda rast gəlinir.
Xəstəliyin diaqnozu olduqca çətindir və adətən çox gec mərhələlərdə aşkar edilir. Şahzadə Frederikə PolG diaqnozu 14 yaşında olanda, simptomlar daha aydın görünəndə və xəstəliyin irəliləməsi daha da kəskinləşəndə qoyulub.
Nəzərə alsaq ki, xəstəlik bu qədər orqanlara təsir edir, hazırda onun müalicəsi yoxdur.
Şahzadə Frederik martın 1-də Paris xəstəxanalarından birində vəfat edib, lakin onun ölüm xəbərini dünya mediası yalnız indi yayıb. Məlumatı martın 9-da ilk olaraq Belçikanın RTBF telekanalı yayıb.
Onu da qeyd edək ki, Şahzadə sağlığında fəal şəkildə xeyriyyə işlərində iştirak edib, özünün əziyyət çəkdiyi xəstəliyin tədqiqi və aşkarlanması üçün fond təşkil edib.
Aysel