Logo

Ərdoğan BMT-də islahatların aparılmasını təklif edib

Ərdoğan BMT-də islahatların aparılmasını təklif edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının (TŞ) dəyişdirilməsi təklifi ilə çıxış edib.

Sfera.az bildirir ki, Trend-in məlumatına görə, R.T.Ərdoğan bu quruma 20 ölkənin daxil olmasını təklif edib.

Türkiyə prezidenti deyib: "Mən dünya ictimiayyətini birləşməyə və BMT-də islahatlar keçirməyə çağırıram. BMT Təhlükəsizlik Şurası üzvlərinin daimi və müvəqqəti üzvlərə bölünməsini ləğv etmək lazımdır".

R.T.Ərdoğan BMT TŞ-da təmsil olunacaq 20 ölkənin hər iki ildən bir dəyişməsini də təklif edib.

Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasına 5 daimi, 10 müvəqqəti üzv daxildir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR