Müğənnilər arasında uşaq bağçası qalmaqalı

Müğənnilər arasında uşaq bağçası qalmaqalı

Türkiyəli müğənnilər Gülben Ergenlə Demet Akalın arasında qalmaqal yaşanıb.

 

Sfera.az “Haberler.com”a istinadən xəbər verir ki, G. Ergen Diyarbəkirdə Narin Güran adına uşaq bağçası açıb.

 

Açılışdan sonra Ergen sosial media hesabından ona dəstək olanlara təşəkkür edib. Lakin onun paylaşımı həmkarı Demet Akalının sərt reaksiyasına səbəb olub. Belə ki, o bu işdə müğənni Ceylanla ailəsinin əməyinin gözardı edildiyini yazıb: “Bir təşəkkürü çoxmu gördün, sevgili Gülben!?! Bu, Ceylanla ailəsi və insanlar üçün utancverici oldu”.

 

Gülben Ergen isə bu şərhə cavab olaraq təşəkkürünü özəl olaraq vatsapdan etdiyini qeyd edib: “Əziz Demet, məktəbimizlə bağlı təbrik etmək fikrində idiniz? Məktəbin həyətindəki parkı tikdirən dostlarınızın instaqramdan “təşəkkür” gözlədiyini düşünə bilmədim...  Mən vatsapdan təşəkkür etmişdim. Sosial şəbəkə hesablarını yazsan, buradan da təşəkkür edərəm”.

 

Bu hadisədən sonra Akalın sosial media hesablarında Ergeni izləməyi dayandırıb. Lakin G. Ergen həmkarını izləməyə davam edir.

 

Xatırladaq ki, ötən il avqustun 21-də Diyarbəkirdə itkin düşən 8 yaşlı Narin Güranın cansız cəsədi 19 gün sonra çayda tapılıb. Bu məsələ uzun müddətdir Türkiyə mediasının gündəmindədir.

 





OXŞAR XƏBƏRLƏR