Logo

Şimali Koreya "Azadlıq qalxanı"na qarşı - "Tək atış yetir ki..."

Şimali Koreya "Azadlıq qalxanı"na qarşı - "Tək atış yetir ki..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şimali Koreya, ABŞ və Cənubi Koreyanın başladığı “Azadlıq qalxanı” hərbi təlimini təxribatçı və təhlükəli adlandırıb.

Sfera.az bu barədə “CNN Türk”nəşrinə istinadən xəbər verir.

Şimali Koreya Xarici İşlər Nazirliyi bildirib ki, bu təlimlər tək atışla gərginliyi müharibəyə çevirə bilər.  Açıqlamada ABŞ-nin təhdidlərinə qarşı tədbirlərin artırılacağı və nüvə silahı proqramının ikiqat gücləndiriləcəyi bildirilib.

Şimali Koreya bu təlimləri rejimin süqutunu hədəfləyən işğal planı kimi qiymətləndirib.

Qeyd edək ki, 4 mart tarixində Koreya Respublikası və ABŞ silahlı qüvvələri martın 14-dək davam edəcək “Azadlıq qalxanı” hərbi təlimlərinə başlayıb.

Koreya Respublikasındakı Amerika hərbi kontingentinin bildirdiyi kimi, təlim zamanı onlar quruda, dənizdə, havada və kiberməkanda hərəkətləri, həmçinin düşmən nüvə qüvvələrinə cavab vermək üçün “kosmik aktivlərdən” istifadəni məşq edirlər.

Təlimlərdə BMT Komandanlığına üzv olan 12 ölkənin nümayəndələri də müşahidəçi qismində iştirak edir.

Fidan Hacızadə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR