İrəvan Xankəndidə ölən qadının meyitini 5 aydır götürmür


İrəvan Xankəndidə ölən qadının meyitini 5 aydır götürmür

Ermənistanın nümayəndə heyəti erməni əsilli Ağasyan Vera Varaşakovnanın meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir.

 

Sfera.az xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.

 

“1954-cü il təvəllüdlü, erməni əsilli Ağasyan Vera Varaşakovnanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir”, - o bildirib.


OXŞAR XƏBƏRLƏR

İran Suriyadakı son “qala”sını itirir - Hökumət ələvilər yaşayan əraziləri nəzarətə götürüb

Suriyanın Aralıq dənizi sahillərində yerləşən əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş prezident Bəşar Əsədin tərəfdarları arasında bir neçə gündü...

Növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı – Qiymətlər

Azərbaycandan növbəti Ümrə ziyarəti aprel ayında gözlənilir.   Sfera.az xəbər verir ki, bunu Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xar...

Pivə BAHALAŞACAQ

Rusiyada pivənin qiyməti artırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Kommersant” istehsalçıların müvafiq məktublarına istinadən mə...

Bakıda 8 Mart günü gənc qızın meyiti TAPILDI

Bakıda çoxlu dərman həbləri içən gənc qız vəfat edib. Sfera.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, martın 8-i saat 21 radələrində 2...

Tanınmış model xərçəngdən əziyyət çəkir - FOTO

Tanınmış modelyer, bir dövrün “Victoria’s Secret” modeli olan italiyalı Bianca Balti keçən ilin sentyabr ayında yumurtalıq xərçənginə tutulduğ...

Pişiyi üçün "həri" edən, teatdran incik düşən dahi aktrisa - Nəsibə Zeynalovanın ölüm günüdür...

Azərbaycan teatr və kino sənətinin əfsanəvi aktrisası, unudulmaz sənətkar Nəsibə Cahangir qızı Zeynalovanın vəfatından 21 il ötür.   Sfera.az xəbər v...