Tramp Rusiya ilə çox sərt davrandığını etiraf etdi - VİDEO

Tramp Rusiya ilə çox sərt davrandığını etiraf etdi - VİDEO

 

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasətinin həmişə sərt olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, o, televiziya müsahibəsi zamanı jurnalistin Ukrayna və İsrailə edilən hücumlarla bağlı sualına cavab verərkən bunu vurğulayıb.


Jurnalist Trampdan soruşub ki, ABŞ hər iki halda aqressorlara eyni yanaşırmı? Tramp isə suala konkret cavab verməkdən yayınaraq, “Bu, tamamilə fərqli yerlərdir… Siz dünyanın müxtəlif hissələrindən danışırsınız” deyib.


Fox News jurnalisti daha sonra soruşub ki, Tramp Rusiya ilə HƏMAS-a qarşı olduğu kimi sərt davranıbmı? Tramp bu dəfə cavabında “Mən Rusiya ilə çox sərt idim, Rusiyaya qarşı hər kəsdən daha sərt oldum” deyib.
 

O, prezidentliyi dövründə “Şimal Axını-2” qaz kəmərinin tikintisinin dayandırıldığını, Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyini və Ukraynaya Javelin tank əleyhinə raketlərinin verildiyini xatırladıb.




OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva "Xəyal etmək azadlığı" adlı sərgidən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Xəyal etmək azadlığı" adlı sərgidən paylaşım edib...

Suriyadakı qarşıdurmalarda 230-dan çox hərbçi ölüb

Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı toqquşmalarda 231 hökumət döyüşçüsü həlak olub.  ...

5 il sonra ilk dəfə ərinin ölümündən danışdı

Türkiyəli məşhur aktrisa Özgü Namal ilk dəfə 5 il öncə ürək tutmasından vəfat edən əri Ahmet Serdar Oralın ölümündən danışıb.   Sfera.az xəbər verir ...

Xoşqədəmin bu hərəkəti Doğuşu əsəbiləşdirdi - "Olmaz bu, dəyişdir" - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızının video çəkməsinə müğənni həyat yoldaşı Doğuş əsəbiləşib.    Sfera.az xəbər verir ki, aparıcı video çəkərkən ...

"Real Madrid" evdə üç xala sevindi

İspaniya La Liqasında 28-ci turun növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Real Madrid" doğma...

Azərbaycanda güclü zəlzələ gözlənilir?

Azərbaycanda son 24 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss ed...