ABŞ Erdoğanın cavabını verdi
Dünya
16:25 / 23.01.2017
984
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransında ABŞ-la bağlı fikirlərinə bu ölkənin yeni İstanbul baş konsulu reaksiya verib.
Qaynarinfo.Az Türkiyə mediasına istinadən xəbər verir ki, baş konsulu Cennifer Davis "Bəzən eşitdiklərimiz bizi çox üzür. Amerikanın Türkiyənin maraqlarını baltalayacaq bir hədəfinin olması düşüncəsi doğru ola bilməz" deyib.
Ərdoğan Afrika səfəri öncəsi təşkil etdiyi mətbuat konfransında "Körpülər, dəmir yolları və sairə... Biz hazırda Yaxın Şərqi düşünürük. Maraqlısı budur ki, Trampın Orta Şərqdəki rəftarı nə olacaq? Çünki Yaxın Şərq bu anda qaynayır. YAxın Şərqlə əlaqədar bəzi sözlər qulağımıza gəlir ki, bu sözlər doğrudursa, narahat edicidir" demişdi.
Ərdoğanın açıqlamasına reaksiya verən baş konsul bunları deyib: "Birləşmiş Ştatlar son illərdə Yaxın Şərqlə bağlı olduqca fəal və konstruktiv mövqe tutur. Terrorizmlə mübarizədə çox yönlü işlər aparır. Bu istiqamətdə Türkiyə və Amerikanın maraqları eynidir. Yaxın Şərq qarışıq bir bölgədir. Demokratik və sabit bir region üçün Türkiyə ilə ABŞ-ın əlaqələrinin yaxşı olmaması kimi bir variant ola bilməz. Münasibətlər yaxşı olmaq məcburiyyətindədir. Amerikanın Türkiyənin maraqlarını baltalayacaq bir hədəfinin olması düşüncəsi doğru ola bilməz. Bizim Türkiyə ilə ortaq maraqlarımız sabitlik və demokratiyadan keçir. Bəzən eşitdiklərimiz bizi dərindən üzür".