Hamı bundan DANIŞIR: “Bayraktar Akıncı” ilk dəfə belə uçdu

Türkiyənin yeni aktiv elektron radarla (AESA) təchiz edilmiş yüksək hündürlükdə uçan "Bayraktar Akıncı" pilotsuz uçan aparatı ilk uçuşunu başa vurub.
Sfera.az xəbər verir ki, bu barədə "Baykar" şirkəti məlumat yayıb.
Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri Haluk Gergün, "Aselsan Murad AESA" radarı ilə təchiz edilmiş "Bayraktar Akıncı" pilotsuz uçuş aparatının ilk uçuşunun başa çatması ilə müdafiə sənayemizdə daha bir sıçrayışlı uğur əldə edildi" deyib.
Türkiyənin "Murad 100-A" radarı hava və yer hədəflərini vura bilir. Məhsul dronlarda və pilotlu təyyarələrdə istifadə edilə bilər. İkimühərrikli "Akıncı" 2021-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrində xidmətə başlayıb. Pilotsuz təyyarə 1,5 ton faydalı yük daşıya bilir və maksimum uçuş müddəti 24 saatdır. Cihaz raketləri və idarə olunan bombaları daşıya bilir. Publika.az