Prezident dövlət xəzinəsini boşaldaraq ölkəni tərk etdi
Dünya
12:14 / 23.01.2017
945
Qambiyanın sabiq prezidenti ölkəni tərk edib. Yahya Jammeh ölkəni tərk edərkən dövlət xəzinəsini də boşaldıb.
İddiaya əsasən, sabiq prezident xəzinədəki 11 milyon dolları da özü ilə aparıb. Yeni seçilmiş prezident Adama Barroun müşaviri Əhməd Fətti bu barədə açıqlama verib. Açıqlmaya əsasən, mütəxəssislər xəzinədən dəqiq nə qədər pul aparıldığını araşdırırlar. Fətti bildirib ki, kassalar boşalıb. Bu barədə məlumatı maliyyə nazirliyi və Qambiya Milli Bankının nümayəndələri verib.
Jammeh ölkəni tərk edəndə lüks sinfinə məxsus avtomobillərini və əşyalarını da karqo təyyarəsi ilə aparıb.