Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq


Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib.

 

Sfera.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

 

“Heç kim sülhü Ukrayna xalqından daha çox istəmir. Davamlı sülhə nail olmaq üçün mən və komandam Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq. Müharibəyə son qoymaq üçün tez işləməyə hazırıq”, - Zelenski vurğulayıb.

 

Ukrayna lideri münaqişənin həlli üçün ilk mümkün addımları qeyd edib: girovların azad edilməsi, səmada dərhal atəşkəs – raketlərin, uzaqmənzilli pilotsuz uçuş aparatlarının və mülki infrastruktura hücumların qadağan edilməsi, eləcə də Rusiyanın da eyni addımı atacağı təqdirdə dənizdə hərbi əməliyyatların dayandırılması.

 

Onun sözlərinə görə, Ukrayna bütün sonrakı mərhələləri sürətlə keçməyə və ABŞ ilə güclü yekun razılaşma əldə olunmasına ümid edir.

 

“Cümə günü Vaşinqtonda, Ağ Evdəki görüşümüz planlaşdırıldığı kimi olmadı. Təəssüf ki, belə alındı, bu, üzücü idi. Hər şeyi düzgün etmək vaxtıdır. İstərdik ki, gələcək əməkdaşlıq və kommunikasiyalar konstruktiv olsun. Minerallar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır. Biz bu sazişi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində bir addım hesab edirik”, - Zelenski yazıb.


OXŞAR XƏBƏRLƏR

Özünü təbiətdə itirmək üçün 13 min dollar ödədi - FOTO

Amerikalı Ester Spanqler qeyri-adi səyahətə çıxıb. Belə ki, o, Mərakeş dağlarında tək qalmaq üçün dəbdəbəli səyahət şirkətinə 13 min dollar ödəyib. Bu təcrübə o...

Özü hazırladığı içkidən sonra dərisi maviyə çevrilən adam - FOTO

Bəzi insanlar sağlam olmaq üçün alternativ üsullara əl atırlar. Ancaq bəzən bu üsullar gözlənilməz nəticələrə səbəb ola bilər. ABŞ-da yaşayan bir kişi gördüyü r...

Bir ailə çardaqda yüzlərlə nadir zinət əşyası tapdı - FOTO

Hinamatsuri festivalı zamanı istifadə edilən nadir Yapon bəzəklərindən ibarət unikal kolleksiya Böyük Britaniyanın Hempşir əyalətindəki evlərdən birində tapılıb...

Sərnişin təyyarəni birbaşa uçuş-enmə zolağında saxlamağa çalışıb

Çilinin Puerto Montt şəhərindəki El Tepual Beynəlxalq Hava Limanında 29 yaşlı kişi uçuş-enmə zolağına çıxaraq təyyarənin qalxmasının qarşısını almaq üçün onun q...

Məşhur aktyor üz iflici keçirdi - son vəziyyəti - FOTO

Yeşilçam kino sənayesinin ulduz simalarından biri olan İlyas Salmanın bərbərdə çəkilmiş görüntüsü gündəm olub. Məşhur aktyorun üz iflici keçirdiyi və danışmaqda...

Vardanyanın vatsap yazışmaları nümayiş etdirildi

Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələr...