Serb deputatları parlamentdə qarışıqlıq yaratdılar - VİDEO

Serbiyada parlamentin iclası zamanı deputatlar arasında dava düşüb. Flaş qumbaraları, tüstü bombaları və gözyaşardıcı qazdan istifadə edilib. Yaralılar var.
Sfera.az bildirir ki, parlamentdə baş verən hadisə canlı yayımlanıb. Narahatlığa səbəb tələbələrlə bağlı qanunlara edilən dəyişikliklərin və gənclərə mənzil alınmasının dəstəklənməsinin müxalifətin xoşuna gəlməməsi olub. Sessiya zamanı müxalifət deputatları hökumətin siyasətinə və tələbələrin etiraz aksiyalarına dəstək verilməsinə etiraz olaraq parlamentə tüstü bombası atıb və gözyaşardıcı qaz püskürüb. Dava nəticəsində deputatlardan biri insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, nümayişlərə dəmiryol vağzalında damın uçması və 15 nəfərin ölümü səbəb olub.
Parlamentin iclasında Serb Tərəqqi Partiyasının rəhbərlik etdiyi hakim koalisiya gündəliyi təsdiqlədikdən sonra bəzi müxalif siyasətçilər oturacaqlarından parlamentin sədrinə tərəf qaçıblar və mühafizəçilərlə əlbəyaxa dava başlayıb.
Digərləri isə tüstü bombası və gözyaşardıcı qaz atıblar. Az sonra zal qara-çəhrayı tüstü ilə dolub və bu “tamaşa” televiziya vasitəsilə canlı yayımlanıb.
Qarşıdurma zamanı 3 qadın yaralanıb: ikisi baş nahiyəsindən qumbaraatanlarla vurulub, digəri isə şok vəziyyətində xəstəxanaya aparılıb.
Parlamentin spikeri Ana Brnabiç iki deputatın yaralandığını, onlardan birinin - Serb Tərəqqi Partiyasından Jasmina Obradovicin insult keçirdiyini və vəziyyətinin ağır olduğunu bildirib.
Aynil