Şahzadə Harrinin həyat yoldaşı Meqan soyadını dəyişdi - FOTO

Dünya
18:00 / 04.03.2025
7289
Sasseks hersoqu Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl soyadını dəyişdirərək Sasseks edib.
Sfera.az-a xəbər verir ki, o bu məlumatı “Netflix”də yayımlanan “Love, Megan” verilişinin ikinci bölümündə açıqlayıb.
Amerikalı teleaparıcı Mindi Kalinq onu Markl soyadı ilə çağırdığı zaman Meqan buna düzəliş edib: “Markl deməyə davam etməyiniz çox gülməlidir. Sasseks bir ailə olaraq ortaq adımızdır və uşaq sahibi olana qədər bunun mənim üçün nə qədər mənalı olacağını başa düşməmişdim. Archie, Lili, Harri və mənim birlikdə sahib olduğumuz hər şeyi sevirəm. Bu, mənim üçün çox şey deməkdir”.
Meqan bildirib ki, eyni soyadı paylaşmaq Harriyə olan sevgisini gücləndirəcək.