Milyonlarla körpəni xilas etmiş "Qızıl Qanlı" ləqəbli adam vəfat etdi

Milyonlarla körpəni xilas etmiş "Qızıl Qanlı" ləqəbli adam vəfat etdi

Avstraliyada ki milyondan çox körpənin həyatını xilas etməklə məşhurlaşan Ceyms Harrison dünyasını dəyişib. Harrisonun qanında Anti-D kimi tanınan nadir və qiymətli antikor var idi. 88 yaşlı Harrison 81 yaşına qədər "qızıl" qan bağışlayıb.

 

 

Sfera.az bildirir ki, Avstraliya Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, Harris 1100 dəfədən çox qan verib. Ona “qızıl qanlı adam” ləqəbi verilib. Harrison Sidneyin şimalındakı qocalar evində vəfat edib.

 

Harrisonun altruistik missiyasına 14 yaşında ağciyər əməliyyatından sonra bir neçə dəfə qan köçürməsi səbəb olub.

 

18 yaşında plazma bağışlamağa başlayan Harrison Avstraliyada qan vermək üçün ən yuxarı yaş həddi olan 81 yaşına qədər bunu iki həftədən bir edib.

 

"Ceyms həyatını xeyriyyəçiliyə həsr edən gözəl, xeyirxah və səxavətli insan idi. 1173 dəfə heç vaxt tanımayacağı başqalarına kömək etmək üçün əlini uzadıb və bunun qarşılığında heç nə gözləməyib”- deyə “Lifeblood”un baş direktoru Steven Kornelissen bildirib.

 

Harrisonun qızı Treysi Melloşip atası ilə daim fəxr etdiyini bildirib.

 

Qeyd edək ki, Anti-D qanı doğmamış körpənin qan hüceyrələrinə hücum edə bilən hamilə analara verilən bir dərman hazırlamaq üçün istifadə olunur, bu vəziyyət Rh uyğunsuzluğu adlanır.

 

Xəstəlik hamilə qadında Rh-mənfi qan (RhD-mənfi), ana bətnində olan körpədə isə atadan miras qalmış Rh-müsbət qan (RhD-müsbət) olduqda inkişaf edir. Sonra qadın uşağın "yad" qan hüceyrələrini məhv edən antikorlar istehsal edə bilər.

 

Ən pis halda, körpələrin beyni zədələnə və ya ölə bilər.

 

Harrison antikorları tərəfindən istehsal olunan Anti-D, Rh-mənfi qanı olan qadınlarda hamiləlik dövründə RhD antikorlarının inkişafının qarşısını alır.

 

Avstraliya rəsmiləri Harrissonda antikorların kəşfinin mütləq dönüş nöqtəsi olduğunu qeyd edib.

 

"Avstraliyada 1967-ci ilə qədər hər il sözün həqiqi mənasında minlərlə körpə ölürdü və həkimlər bunun səbəbini bilmirdilər. Bu, sadəcə dəhşət idi. Qadınlar bir neçə dəfə körpələrini itirirdilər və körpələr beyin zədəsi ilə doğulurlar. Avstraliya bu antikorla qan donoru tapan ilk ölkələrdən biri olub, ona görə də o zaman bu, inqilab idi"- Avstraliyalı “Gemirma Foden Redeeal” xidmətinin əməkdaşı Gemirma Flood Redeeal bildirib.

 

Milli qəhrəman hesab edilən Harrison səxavətinə görə çoxsaylı mükafatlar, o cümlədən ölkənin ən yüksək mükafatlarından biri olan Avstraliya ordeni almışdır.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb- FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...