Logo

NATO üç günə məğlub olacaq – III Dünya Müharibəsinin ŞOK SSENARİSİ

NATO üç günə məğlub olacaq – III Dünya Müharibəsinin ŞOK SSENARİSİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qərbdə son zamanlar Rusiya və NATO-nun qarşılaşacağı mümkün görünən qlobal münaqişələr modelləşdirilir.

Sfera.az publika.az-a  istinadən xəbər verir ki, “Rand Corp” analitik mərkəz Amerika zabitləri və mülki məmurların

iştirakı ilə hərbi oyunlar keçirib.

Hərbi oyunlar arzu edilməyən nəticələrə gətirib çıxarıb. Nəticələrə görə, hazırda NATO-nun Avropadakı gücləri

Rusiya ordusuna uduzur. Hərbi oyunlara görə, müharibənin ən ehtimal edilən ssenarisi Rusiyanın Baltikyanı

ölkələrə müdaxiləsidir. “Əgər Rusiya tankları və piyada qoşunları sabah Baltikyanı ölkələrə daxil olarsa,

NATO gücləri üç gün ərzində məğlubiyyətlə düçar olacaqlar”, - “Foreign Policy” hərbi oyunların nəticələrində deyilir.

Oyunlarln nəticəsinə əsasən, NATO gücləri hazırkı vəziyyətdə ittifaqın ən zəif ölkələrinin ərazisini müdafiə etməyə

qadir deyil. 2014-2015-ci illərdə stolüstü formatda çoxsaylı hərbi oyunlar oynanılıb. Nəticə bundan ibarət olub ki,

Rusiya gücləri 36-60 saat sonra artıq Tallin və ya Riqanın qapılarını döyüb. ABŞ və Baltikyanı ölkələrinin

qoşunları, həmçinin Amerika Hərbi Hava Qüvvələri mexanikləşdirilmiş Rusiya hissələrinin hücumunu saxlamağa nail

olmayıblar və böyük itkilər veriblər.

Nəticədə, sürətli məğlubiyyətdən sonra ABŞ və onun NATO-dakı müttəfiqlərinin əlində bir neçə ssenari qalır:

əks-hücuma keçmək, Rusiyanı nüvə silahı da olmaqla cavab zərbəsi ilə vurmaq, müvəqqəti məğlubiyyəti qəbul

edərək yeni “soyuq müharibə”yə başlamaq.

Hərbi oyunlar nümayiş etdirdi ki, Baltikyanı ölkələrin sürətli ilhaqının qarşısını almaq üçün NATO

regionda hərbi kontingentini gücləndirməldir. NATO-nun şərq cəbhəsi üçün kifayət qədər peşəkar yeddi

briqada, həmçinin ağır zirehli texnikanın üç briqadası, aviasiya və artilleriya dəstəyi lazımdır.

Əlavə güclərin saxlanılması ildə təxminən 2,7 milyard dollara başa gələcək. ABŞ-ın müdafiə naziri Eşton

Karter yaxın vaxtlarda Şərqi Avropada əlavə ağır silahlar və zirehli avtomobillərin yerləşdirilməsi planlarını

elan edib. Pentaqon 2016-cı ildə Avropada güclərin genişləndirilməsinə 3,4 milyard dollar xərcləməyi planlaşdırır.

Amerika məmurlarının sözlərinə görə, Avropada orduya ayrılan maliyyənin artırılması ABŞ-ın NATO-dakı

partnyorlarına sədaqətinin nümayişi üçün nəzərdə tutulub.

BBC televiziya şirkəti isə II Dünya Müharibəsinin ehtimal edilən ssenarisi haqqında film nümayiş etdirib.

“Üçüncü Dünya Müharibəsi: nəzarət məntəqəsində” adlı filmdə Rusiya və NATO arasında potensial

münaqişənin ssenarisi göstərilir. Nüvə qarşıdurması Baltikyanı ölkələrin ərazisində başlanır.

Film Ukraynanın şərqindəki hadisələrin gedişatını göstərən  süjet üzrə çəkilib. Rusiyayönlü üsyançılar

Latviyanın Dauqavpils şəhərini tuturlar və Amerika-Britaniya koalisiyasının müdaxiləsindən sonra dünya

genişmiqyaslı nüvə müharibəsi həddinə gəlir. Hadisələr Böyük Britaniya Silahlı qüvvələrinin nəzarət

məntəqəsindən izlənilir. Filmin baş qəhrəmanları rollarında ölkənin keçmiş yüksək vəzifəli rəhbərləri

oynayır. Onlar NATO-nun Avropadakı güclərinin keçmiş komandanı Riçard Şireff, Britaniya parlamentinin

kəşfiyyat komitəsinin üzvü Nevill-Cons və Kral Hərbi-Dəniz Qüvvələrinin admiralı Lord Uestdir.

Uydurulmuş münaqişə Estoniyada – II Dünya Müharibəsi zamanı həlak olmuş sovet döyüşçülərinin yad edilməsi

üçün keçirilən aksiyası zamanı başlayır. Tallində nümayişçilər qrupuna bir neçə maskalı şəxs hücum edir.

Bundan sonra qarşıdurmalar ölkənin digər hissələrinə, həmçinin qonşu Latviyaya keçir. Burada mitinqlərdə

iştirak etmiş rusdilli sakinlər həbs edilir. Bundan sonra, Dauqavpilsdə rusdilli icmanın üzvləri şəhər administrasiyasının

binasını tuturlar və onun fasadından Avropa Birliyi ilə Latviyanın bayraqlarını götürürlər, əvəzində isə qırmızı

bayrağını asırlar.

Sonda bəşəriyyəti Britaniya nazirlər kabinetinin üzvləri xilas edirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR