İranın iqtisadiyyat naziri vəzifəsindən uzaqlaşdırıldı

Kateqoriya məlum deyil
T
Bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Abdolnaser Himmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılıb.
Sfera.az İran mediasına istinadən xəbər verir ki, 6 saatlıq açıq müzakirələrdən sonra baş tutan səsvermə zamanı 182 deputat onun lehinə, 89 deputat isə əleyhinə səs verib, 1 səs etibarsız sayılıb. Nəticədə nazirə etimadsızlıq göstərilib və onun vəzifəsinə xitam verilib.
Qeyd edək ki, nazir valyuta və qızıl qiymətlərinin sürətlə yüksəlməsinə qarşı hər hansı bir addım atmamaqda günahlandırılmışdı.






