Zelenski üzr istəməyəcək - "Pis bir şey etməmişəm"

Zelenski üzr istəməyəcək - "Pis bir şey etməmişəm"

Volodimir Zelenski Oval kabinetdə ABŞ Prezidenti Donald Trampla sərt danışığına görə üzr istəməkdən imtina edib. 

 

Sfera.az xəbər verir ki, Zelenski bunu “Fox News”a müsahibəsində deyib. "Mən prezidentə hörmət edirəm, Amerika xalqına hörmət edirəm. Düşünürəm ki, biz çox açıq və çox dürüst olmalıyıq. Və pis bir şey etdiyimizə əmin deyiləm”,- deyə Ukrayna lideri bildirib. 

 

Zelenski ABŞ lideri ilə münasibətləri xilas etməyin mümkün olduğunu da nəzərə çatdırıb. "Bu, iki prezidentin münasibətindən daha artıqdır. Bu, tarixi, xalqlarımız arasında möhkəm əlaqələrdir", - o, müvafiq sualı cavablandırarkən deyib. 

 

Qeyd edək ki, cümə günü səhər Zelenski Ağ Evdə Trampla görüşüb. Onların danışığı anidən mübahisəyə çevrilib. Tramp Zelenskini ABŞ-yə hörmətsizlik etməklə ittiham edib və vitse-prezident Vance Zelenskinin Kiyevə göstərilən bütün dəstəyə görə heç vaxt ölkəyə təşəkkür etmədiyini söyləyib. İclasdan sonra keçirilməsi planlaşdırılan mətbuat konfransı ləğv edilib və Ukrayna nümayəndə heyəti Ağ Evi planlaşdırıldığından tez tərk edib. İkitərəfli danışıqlar və Ukraynanın mineral ehtiyatlarına dair müqavilənin imzalanması təxirə salınıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...