Zelenski Trampla görüşü şərh etdi


Zelenski Trampla görüşü şərh etdi

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla Ağ evdə keçirilmiş görüşü şərh edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna liderinin sosial şəbəkədəki səhifəsində müvafiq paylaşım yerləşdirilib.

 

“Amerikaya təşəkkür edirəm, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. ABŞ Prezidentinə, Konqresə və Amerika xalqına təşəkkür edirəm.

 

Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz məhz bunun üçün çalışırıq”, – Zelenski vurğulayıb.

 

Xatırladaq ki, iki ölkə liderinin Vaşinqton görüşü qalmaqala çevrilib. Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb. Tramp cavabında bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və “əlində güclü kartlar” yoxdur.

 

Tramp vurğulayıb ki, ukraynalı əsgərlər inanılmaz şücaət göstəriblər, lakin ABŞ döyüşləri dayandırmaq və pulu “yenidənqurma kimi başqa məqsədlər üçün” istifadə etmək istəyir.

 

Daha sonra ABŞ Prezidenti “Truth Social” sosial şəbəkəsində Zelenskinin “sülhə hazır olmadığını” qeyd edən paylaşım yerləşdirib. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edib.


OXŞAR XƏBƏRLƏR

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...

Almaniyada uşaq hakimi dişləyərək futbol matçını pozub

Almaniyada “FC Taxi II” və “Rot-Weiss Mulheim III” komandaları arasında futbol matçı hələ başlamazdan əvvəl bitib. Müsabiqənin münsiflər...

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb.   Sfera.az məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ...