“Zelenski bizə hörmətsizlik etdi” - Tramp

“Zelenski bizə hörmətsizlik etdi” - Tramp

ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi gərgin görüşdən sonra bəyanat yayıb.

 

Sfera.az xəbər verir ki, Tramp bu haqda özünün sahibi olduğu “Truth” şəbəkəsində paylaşım edib.

 

“Bu gün Ağ Evdə çox mühüm görüş keçirdik. Çox şey öyrəndik bu isə belə atəş və təzyiq altında söhbət olmadan heç vaxt anlaşıla bilməzdi.

 

Emosiyalar vasitəsilə ortaya çıxanlar heyrətamizdir və mən bu qənaətə gəldim ki, Zelenski ABŞ-nin iştirakı ilə sülhə hazır deyil. O hiss edir ki, bizim iştirakımız danışıqlarda ona böyük üstünlük verir. Mən isə üstünlük yox, sülh istəyirəm. O, ABŞ-nin dəyərli Oval Ofisində bizə hörmətsizlik etdi. Sülh üçün hazır olanda geri qayıda bilər”.

 

Qeyd edək ki, KİV-də yer alan xəbərlərə görə, Ukrayna lideri həmin görüşdən sonra Vaşinqton səfərini yarımçıq dayandırmaq qərarı alıb. 

 


OXŞAR XƏBƏRLƏR

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...

Almaniyada uşaq hakimi dişləyərək futbol matçını pozub

Almaniyada “FC Taxi II” və “Rot-Weiss Mulheim III” komandaları arasında futbol matçı hələ başlamazdan əvvəl bitib. Müsabiqənin münsiflər...

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb.   Sfera.az məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ...