Pakistanda məsciddə partlayış olub, ölənlər var

Pakistanda məsciddə partlayış olub, ölənlər var

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

 

Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

 

Qeyd edilib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı zamanı baş verib. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.


OXŞAR XƏBƏRLƏR