Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb


Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

 

BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin həlli üçün etdiyi yeni müraciətini alqışlayır.

 

Sfera.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, BMT vəziyyəti yaxından izləyir:

 

“Bu, son dərəcə vacib xəbərdir. Növbəti addımlar barədə daha ətraflı məlumat əldə etməyə çalışırıq. Bu məsələ bizim üçün olduqca önəmlidir. Söhbət uzun illərdir davam edən və çoxsaylı insan ölümü ilə nəticələnən münaqişədən gedir. Müraciət müəyyən mənada ümid yaradır. Baş katib prosesdə iştirak edən bütün tərəflərlə işləməyə həmişə hazırdır”.

 

Qeyd edək ki, bir neçə saat əvvəl Türkiyədə ömürlük həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalan həbsxanadan tərəfdarlarına müraciət edib. O, tərəfdarlarını silahı yerə qoymağa, sivil yolla qurultay keçirərək siyasi mübarizəyə qoşulmağa çağırıb. (report)

 


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...