Məşhur iş qadını evində ÖLÜ TAPILDI – FOTO

Türkiyənin məşhur iş qadını və qolf oyunçusu Beyhan Benardete Bodrumdakı evində ölü tapılıb.
Sfera.az xəbər verir ki, Çamlık məhəlləsindəki evində tək yaşayan 60 yaşlı Benardetenin yaxınları ondan xəbər ala bilməyib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hadisə yerinə gedən polis əməkdaşları ilə təcili tibbi yardım briqadası evə daxil olub və yerdə hərəkətsiz vəziyyətdə tapılan Benardetenin öldüyünü müəyyən ediblər.
İlkin müayinədə Benardetenin bədənində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Benardetenin cəsədi ilk yarılma əməliyyatlarının ardından Muğla Ədliyyə Tibb Qurumuna göndəriləcək.
Qeyd edək ki, Beyhan Benardete Türkiyə millisinin sabiq qolfçusu olub və bir çox yarışlarda aktiv şəkildə iştirak edib.
Bəsti